
Xəstə olan şahmatçımızın son günlərinədək yanından çəkilməyən nişanlısı Elizabet V. "Vüqar Həşimovu xatırlayarkən” adlı məqalə yazıb
Ölümcül xəstə olan şahmatçımız Vüqar Həşimovun son günlərinədək onun yanından çəkilməyən nişanlısı Elizabet V. qərb mətbuatında sevdiyi insan haqqında təəssüratlarını "Vüqar Həşimovu xatırlayarkən” adlı məqalədə paylaşıb.
"Vüqar mənim nə zamansa qarşılaşdığım ən gözəl insanlardan biridir. Bizim güclü emosional sevgimiz tez bir vaxtda böyük sevgiyə çevrildi. Biz təkcə cütlük yox, həm də yaxşı dost idik. Bu gün şahmat haqqında bildiklərim çox cüzidir – yalnız şahmatın əsas qaydalarını bilirəm, şahmat bizim münasibətlərimizdə heç bir rol oynamırdı. Lakin Vüqarın xidmətləri onun idmanın bu növündə şübhəsiz istedada malik olduğunu göstərirdi”, - deyə, Elizabet danışır.
Dunyatv.az
Oxunub: 908
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.