dunyatv.az
CANLI YAYIN

Azərbaycanda məktəbdə yanğın olub

30-01-2014, 12:33

Mingəçevirdə məktəblərin birində səhərə yaxın yanğın baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Mingəçevir şəhərində ümumi sahəsi 6247 kv.m olan üçmərtəbəli məktəbin 1-ci mərtəbəsində sahəsi 49 kv.m olan sinif otağının döşəməsi və içərisindəki əşyalar 25 kv.m sahədə yanıb. Sinif otağının qalan hissəsi və məktəb yanğından mühafizə olunub. Yanğın saat 06:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Oxunub: 1 009

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.