Müğənni Röya Ayxan ötən gün solo konsertinin ikinci gününündə çıxış
edib. ANS PRESS-in məlumatına görə, Heydər Əliyev Sarayında "Mənəm" adlı
konsert proqramı maraqlı anlarla yadda qalıb.
İlk gündə olduğu kimi bu dəfə də sənət yoldaşları sənətçini tək
qoymayıblar. Onu izləməyə gələn qonaqların sırasında gənc ifaçı Günay
İbrahimli də olub. O, Röyaya orijinal şokoladlardan ibarət buket hədiyyə
edib. Röya Ayxan bu sürprizi çox bəyəndiyini bildirib.
Xatırladaq ki, 4 günlük konsert proqramının ilk günü də ifaçını sənət
yoldaşları hədiyyə atəşinə tutmuşdular. Bir-birinin ardınca sevilən
mahnılarını yeni oranjimanda səsləndirən ifaçı həyəcanlı olduğunu bu
dəfə də gözdən yayınmayıb. Müğənni səhnədə geyindiyi libas da hamının
marağına səbəb olub. Möhtəşəm səhnə dekorasiyası, lazer şou, qeyri-adi
işıqlandırma sistemi isə ifaçının çıxışlarına rəngarənglik qatıb.
Oxunub: 2 445
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.