dunyatv.az
CANLI YAYIN

Bülənt Ərsoy azərbaycanlı bəstəkardan mahnı istədi

30-01-2014, 12:25

Bülənt Ərsoy azərbaycanlı bəstəkardan mahnı istədi

 Türkiyəli müğənni Bülənt Ərsoy bəstəkar-müğənni Tunar Rəhmanoğlundan mahnı istəyib.
Dunyatv.az-ın məlumatına görə, bu haqda Tunar "Xəzər” telekanalında yayımlanan "Telemaqazin” verilişinə açıqlamasında deyib:
"Bəstələrim və səsim Türkiyədə də bəyənilir. Bülənt Ərsoy, Sibel Can və Kibariyə məndən mahnı istəyib. Hazırda Bülənt xanım üçün bir mahnı yazmağa hazırlaşıram”.
Müğənni Azəri Günel Zeynalova B. Ərsoyun Tunarın səsini bəyəndiyini bildirib:
"Bülənt xanım mənə dedi ki, Tunarın mahnılarını, səsini çox bəyənirəm. Bir mahnı yazsa, sevə-sevə ifa edərəm”.

Dunyatv.az


Oxunub: 843

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.