dunyatv.az
CANLI YAYIN

"Google" "Motorola"nı satdı

30-01-2014, 12:25

Amerika Birləşmiş Ştatlarının "Google" internet-şirkəti özünə məxsus "Motorola Mobility" mobil telefon şirkətini Çinin kompüter istehsalçısı "Lenovo" şirkətinə satıb.
ANS PRESS-in məlumatına görə, gözlənilmədən açıqlanan satışın qiyməti 2,91 milyard dollar təşkil edib. "Google" 2 il əvvəl "Motorola Mobility"ni 12,5 milyard dollara almışdı. Satışa baxmayaraq, «Google» şirkəti «Motorola»nın patentlərinin əksəriyyətinə olan hüququnu saxlayıb.
İndi Çinin "Lenovo" kompüter şirkəti "Motorola" alışı vasitəsilə özünün smartfon sektorunu da inkişaf etdirmək niyyətindədir. Bununla da, "Lenovo" "Samsung" və "Apple"dan sonra dünyanın üçüncü böyük smartfon istehsalçısına çevrilməyi hədəf alıb.


Oxunub: 1 039

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.