dunyatv.az
CANLI YAYIN

1 dollara ev satılır

30-01-2014, 16:46

1 dollara ev satılır

 Kanadanın Vankuver şəhərində dəmir yolu işçiləri üçün 100 il əvvəl tikilən ev 1 dollara satışa çıxarılıb.

Dunyatv.az xəbər verir ki, Boston Bar qəsəbəsinin rəhbəri Lloyd Forman evin restavrasiyaya ehtiyacı olduğunu deyib.
Forman indiyə qədər 5 nəfərin evi almaq istədiyini, lakin ən yaxşı təklif edən şəxsə satılacağını bildirib.
Evin ötən əsrdə Canadian Pasific Railways adlı dəmir yolu şirkətinin işçiləri üçün tikildiyini, buranın qəsəbə üçün tarixi əhəmiyyət daşıdığını deyərək, alıcının müqavilədəki bütün şərtlərə sözsüz əməl etməsinin vacib olduğunu söyləyib.
Dunyatv.az


Oxunub: 1 200

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.