Şumaxer komadan çıxa bilər
Bir aydır komada olan məşhur idmançı Mihael Şumaxer haqqında yeni xəbər yayılıb.
Dunyatv.az xarici mətbuata istinadən xəbər verir ki, həkimlər avtopilotu koma vəziyyətdən çıxarmağa başlayıb.
Fransanın
Qrenobl xəstəxanasında müalicə olunan Şumaxerin orqanizmi prosesə
müsbət reaksiya verir. Oyatma prosesinin həftələrlə davam edə biləcəyi
bildirilir.
"Formula 1" pilotunun ailəsi isə hər vəchlə
məlumatların mediaya sızmasının qarşısını almağa çalışır. Onlar
həkimlərin təzyiq altına düşəcəyindən ehtiyatlanırlar.
Qeyd edək
ki, yeddiqat dünya çempionu Fransada, Alp dağlarında yerləşən qış
kurortunda xizək sürərkən yıxılıb. Başından ağır zədə alan və
helikopterlə xəstəxanaya çatdırılan M. Şumaxer komaya düşüb.
Dunyatv.az
Oxunub: 1 200