Prezident: “Benzinin qiyməti qalxacaq“
Həsən Ruhani bəyan edib ki, gələn ildən ölkədə benzinin qiyməti qalxacaq.
İran Prezidenti Həsən Ruhani bəyan edib ki, gələn ildən (İranda il 21
martda dəyişir) ölkədə benzinin qiyməti qalxacaq. Bu barədə İranın İRNA
agentliyi xəbər yayıb.
Məlumata görə, enerjidaşıyıcıların
(neft, qaz, benzin və digərlərinin) qiymətlərinin orta hesabla 33 faiz
artması növbəti il üçün ölkənin dövlət büdcəsinin layihəsində nəzərdə
tutulub.
Prezident qeyd edib ki, benzinin qiyməti hətta digər enerjidaşıyıcılardan çox arta bilər.
Hazırda İranda benzinin dövlət tərəfindən subsidiyalaşdırılan bir
litrinin qiyməti 4 min rialadır (16 sentə yaxın), halbuki sərbəst
bazarda bir litr benzini qiyməti yeddi min riala çatır.
Bu gün
avtomobillərə malik olan İran vətəndaşları hər ay dövlətdən 60 litr
benzinə görə maddi yardım alırlar, ancaq növbəti təqvim ilində bir litr
benzin üçün onlar yeddi min rial ödəməli olacaqlar.
Dunyatv.az
Oxunub: 1 072