Azərbaycanda kommunal tariflər bahalaşacaq? - Rəsmi açıqlama
Tarif Şurası: Kommunal haqların dəyişdirilməsi məsələsi gündəmdə deyil
Hazırda Azərbaycan Tarif (qiymət) Şurasının iclasının keçirilməsi ilə bağlı KİV-də yayılan məlumatlar həqiqətə uyğun deyil.
Bu barədə APA-ya Tarif Şurasından məlumat verilib.
Şuradan
bildirilib ki, bəzi KİV orqanlarında bu gün Bakıda Tarif Şurasının
iclasının keçirilməsi və həmin iclasda ölkədə elektrik enerjisi,
su-kanalizasiya xidmətləri və ictimai nəqliyyatda gediş haqları ilə
bağlı məsələnin müzakirəyə çıxarılması ilə bağlı yer alan məlumatlar
yanlışdır.
"Azərbaycanda kommunal və digər xidmətlərin mövcud
tariflərinin dəyişdirilməsi məsələsi gündəmdə deyil və Tarif Şurasında
müzakirə olunmur", - deyə Şuradan bildirib.
Dunyatv.az
Oxunub: 1 133