Təbii meyvə şirələri şəfa mənbəyidir
Şirəsini çəkmək üçün ancaq təbii, geni dəyişməmiş meyvələrdən alın
Alimlər sübut ediblər ki, meyvə şirələri 1001 dərdin dərmanı ola bilər.
Şirəsini çəkmək üçün genetik modifikasiyaya uğramış
gözəl görünüşlü yox, məhz çürük qurdlu meyvələri almaq lazımdır. Təbii
onların şirəsini çəkərkən təmizləmək lazımdır. Bilməlisiniz ki, meyvədə
əgər qurd varsa, deməli, o meyvə vitaminlə zəngindir və geni
dəyişilməyib.
Qreyfrut şirəsi yuxusuzluğu və yorğunluğu aradan
götürür, qan damarlarının elastikliyini artırır, həzm prosesini və qara
ciyərin funksiyasını yaxşılaşdırır. Vitamin S ilə zəngindir. İmmuniteti
artırır.
Alma şirəsi ağ ciyəri və böyrəkləri təmizləyir. Bu şirə
dəmirlə zəngindir. Bu səbəbdən qan-damar sistemi üçün çox faydalıdır.
Həzm prosesini yaxşılaşdırır, toksinləri çıxardır. Alma iştah açır.
Yeməkdən qabaq içiləndə iştahı artırır. Ancaq geni dəyişilmiş alma yox,
bazarda satılan çürük, qurdlu almanı alın. Vitamin onlardadır.
Albalıya
qırmızı rəngi verən "antosiyanın" maddəsi hüceyrə yeniləmə, yəni
antioksidant xüsusiyyətinə sahibdir. Bu səbəbdən gündə bir stəkan albalı
suyu içmək bədənin gündəlik antioksidant ehtiyacını qarşılayır. Ürək və
damar narahatlıqlarından xərçəngə qədər, xəstəlik riskini azaltmağa
köməkçi olan vişnə, əzələ ağrılarının yüngülləşdirilməsi, yaddaşın
inkişafı və çəki tənzimləmə kimi mövzularda da təsirli olur. Sidik
qovucu xüsusiyyətləri mədə və qaraciyərin nizamlı olaraq işinə köməkçi
olur. Albalı suyunu dadlandırmaq üçün nanə yarpağı istifadə edə
bilərsiniz.
Nar suyunun prostat vəzidə xərçəng hüceyrələrinin
inkişafına mane olduğu müəyyənləşib. Həmçinin nar suyu prostat
xərçənginin sümüyə keçməsinin də qarşısını alır.