dunyatv.az
CANLI YAYIN

Sumqayıtda qar taksi sürücülərinin tamahını artırdı

1-02-2014, 11:26

Sumqayıtda qar taksi sürücülərinin tamahını artırdı

Maşın itələtdirmək üçün 1 manat verirlər

Qarın yağması ilə əlaqədar yollarda sürüşmə yarandığından, axşam saatlarından başlayaraq, bəzi şəxslər bundan istifadə etmək qərarına gəliblər.

Dunyatv.Az bildirir ki, "Axar.az”ın müxbiri xəbər verir ki, Bakı-Sumqayıt yolunda maşınları itələmək üçün xüsusi dayanmış adamlar 1 manat müqabilində hərəkət etməkdə çətinlik çəkən maşınları itələmək təklifi edirlər.

Sumqayıtdan Bakıya doğru hərəkət edən taksilərdə isə bu gün xüsusi qiymət artımı müşahidə olunur. Adi günlərdə bir sərnişini 1 manata aparan taksilərin qiyməti adambaşına 20 manatadək artıb.


Oxunub: 892

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.