dunyatv.az
CANLI YAYIN

"Eurovison": İlk dəfə Azərbaycanın etdiyini... Danimarka da edəcək

1-02-2014, 16:29

Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək 59-cu "Eurovision" mahnı müsabiqəsinin ev sahibləri təşkilatı işlərə başlayıblar. Lent.az-ın məlumatına görə, iştirakçıların əyləşəcəyi "Green Room" ("Yaşıl otaq") səhnə arxasında deyil, tamaşaçıların əyləşdiyi zalda qurulacaq. Bu tərtibat isə "Eurovision" tarixində yalnız Azərbaycanda keçirilən 57-ci "Eurovision" mahnı müsabiqəsi zamanı "Bakı Kristal Zal"daarenasında reallaşmışdı.
Onu da əlavə edək ki, "Eurovision-2014" mahnı müsabiqəsi Danimarkanın Bamp;W Hallerne" adlanan məkanda baş tutacaq.
Onu da bildirək ki, Azərbaycanı adıçəkilən mötəbər turnirdə təmsil edəcək iştirakçının adı hələ bəlli deyil. Təmsilçimizin kimliyi "Böyük səhnə" müsabiqəsinin final gecəsi bəlli olacaq.


Oxunub: 1 198

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.