dunyatv.az
CANLI YAYIN

Abşeronda sistem qoşulan uşaq öldü

2-02-2014, 00:15


Abşeron rayonunun Digah qəsəbəsində 12 yaşlı uşaq həkim səhlənkarlığından dünyasını dəyişib. Bunu ANS PRESS-ə açıqlamasında Əkrəm Salahovun ailə üzvləri bildiriblər. Ailə üzvləri Əkrəmin müalicə üçün həkimin qoşduğu sistemdən sonra dünyasını dəyişdiyini iddia edirlər. Əkrəm Salahovun ailə üzvlərinin ANS PRESS-ə verdiyi məlumata görə uşaq özünü pis hiss etdiyi üçün Abşeron Mərkəzi Rayon Poliklinikasına müraciət ediblər. Uşağı müayinə edən sahə həkimi ona sistem qoşub.
Bundan yarım saat sonra Əkrəmin vəziyyəti daha da ağırlaşıb və onu xəstəxanaya aparıblar. Lakin uşağın həyatını xilas etmək mümkün olmayıb. "Həkim dedi ki, bir neçə sistem qoşduqdan sonra uşaq özünü yaxşı hiss edəcək. Amma elə ilk sistemdən sonra olan oldu. İndi də özünə bəraət qazandırmağa çalışır. Deyir ki, guya uşağın beynində şiş var imiş. Əgər belə idisə niyə bunu əvvəldən demirdi?”, - deyə uşağın dayısı Ruslan Əliyev bildirib.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən münasibət öyrəndik. Qurumun mətbuat xidmətinin əməkdaşı Səfayə Məmmədova ANS PRESS-ə bildirib ki, hadisə bağlı Əkrəm Salahovun valideynləri Nazirliyə müraciət ediblər. O, baş vermiş hadisənin artıq araşdırıldığını deyib. Araşdırmanın nəticəsi haqda məlumat veriləcək.
Dunyatv.az


Oxunub: 1 298

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.