dunyatv.az
CANLI YAYIN

“Röyanın geyiminə məsuliyyət daşımırıq”

3-02-2014, 12:00


Müğənni Röya Ayxanın Heydər Əliyev Sarayında "Mənəm” adlı konserti zamanı vulqar geyimdə səhnəyə çıxması birmənalı qarşılanmayıb.

"Dunyatv.az” Lent.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə bir neçə gündür geniş müzakirələr aparılır.  Görəsən, ölkəmizin bir nömrəli sarayında ifaçıların geyim tərzi tənzimlənirmi? Heydər Əliyev Sarayının mətbuat katibi Anar Fərəczadə ifaçıların geyim tərzinə qarışmadıqlarını bildirib: "Biz yanvarın son günlərində sarayımızı konsert təşkilatçılarının ixtiyarına vermişik. Röyanın geyiminə və  digər hərəkətlərinə məsuliyyət daşımırıq”. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov açıqlamasında analoji fikirlər səsləndirib: "Biz demokratik cəmiyyətdə yaşayırıq. Belə geyim tərzi ifaçının öz seçimidir”.Hümbətov Heydər Əliyev Sarayının əsasnaməsində ifaçıların geyim tərzi barədə bəndin yer almadığını da əlavə edib. Röya Ayxanın mətbuat katibi Türkan Məmmədli isə  deyib ki, bu, ilin ən dəbli geyimidir: "Dünyanın bütün məşhur müğənniləri bu üslubda geyinirlər. Röyanın geyimi modelyer Səbinə Hüseynova tərəfindən dünya standartlarına uyğun hazırlanıb və üzərində xeyli iş görülüb. Müğənninin özü də səhnədə konserti zamanı geyiminin çox bahalı və əziyyətli əsər olduğunu deyib”.Röyanın geyiminə gəldikdə, Məmmədli "O, səhnəyə gələndən belə geyim tərzinə üstünlük verib” deyə mövqe bildirib.

Dunyatv.az

 


Oxunub: 1 035

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.