dunyatv.az
CANLI YAYIN

Dəm qazı ilə bağlı 18 müraciət: 10 nəfər xəstəxanada

3-02-2014, 12:00

 Son günlər havaların şaxtalı, soyuq keçməsi dəm qazı ilə bağlı təcili yardıma müraciət edənlərin sayında artıma səbəb olub. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova Lent.az-a bildirib ki, fevralın 1-də 5 nəfər dəm qazı ilə bağlı təcili yardıma müraciət edib: "Həmin şəxslərdən 3 nəfəri xəstəxanalara yerləşdirilib".

Z. Vahidovanın sözlərinə görə, yanvarın 2-də qeyd olunan faktla bağlı təcili tibbi yardıma müraciət edənlərin sayında artım olub: "Həmin gün 13 nəfər dəm qazı ilə bağlı müraciət edib ki, onlardan da 7 nəfəri xəstəxanaya yerləşdirilib".

BŞTTTYŞ rəsmisi onu da vurğulayıb ki, dəm qazı ilə bağlı ölüm faktı qeydə alınmayıb.


Oxunub: 1 051

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.