dunyatv.az
CANLI YAYIN

Azərbaycanda zəlzələ oldu

3-02-2014, 11:55

Azərbaycanda zəlzələ olub. Dunyatv.az-in Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 07:51-də Pirquludan 15 km qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub. Tikililərdə dağıntı yoxdur.
Qeyd edək ki, ötən gün saat 21:36-da Qusardan 8 km şimal-qərbdə zəlzələ olmuşdu. Rixter cədvəli üzrə 3,1 bal gücündəki zəlzələ 48 km dərinlikdə qeydə alınıb. 
Dunyatv.az


Oxunub: 869

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.