Qatarlarda WİFİ olacaq - Yenilik
Azərbaycan Dəmiryolları şəbəkəsində WİFİ sistemi qurulur.
Bu barədə açıqlamasında "Azərbaycan Dəmir Yolları "Qapalı Səhmdar Cəmiyyəti (QSC) mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib. Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı işlər görülür:
"Gələcəkdə Azərbaycan Dəmiryolları da WİFİ sisteminə keçəcək. Bu sisteminə keçid Dəmiryolunun planında var. Bununla əlaqədar olaraq Dövlət Dəmir Yollarında bir sıra işlər görülür. Dəmiryolunun WİFİ-ilə təmin olunması üçün əvvəlcə Rusiya Dəmiryolları Sisteminə qoşulmaq lazımdır”.
Dunyatv.az
Oxunub: 989