dunyatv.az
CANLI YAYIN

Azərbaycanlı müğənni qız qaçırma xəbərindən danışdı

5-02-2014, 15:17

Azərbaycanlı müğənni qız qaçırma xəbərindən danışdı

 "Mən qız qaçırtmamışam".

Qız özü mənim yanıma gəlib. İndiki zəmanədə kimi qaçırtmaq olar?". Bunu Lent.az-a rusiyalı model Olqanı qaçırtmaqda ittiham olunan müğənni Elvin Abbasov deyib:
"Deyirlər ki, mən qız qaçırtmışam. Bu yalandır. Sadəcə adını söylədiyiniz Olqa xanımla sevgiliyik. O, məni sevir. Mənim də ona qarşı istəyim var. Sevdiyi üçün Bakıya gəlib. Olqanı qaçırtmağımdan söhbət belə gedə bilməz. Çünki, belə bir şey olmayıb. Şəxsi həyatımıza müdaxilə etməyə kiminsə ixtiyarı yoxdur".
Dunyatv.az-ın xəbərinə görə, qeyd edək ki, parapsixoloq Nadim Alixanov anspress-ə verdiyi açıqlamada Elvin Olqanı qaçırmasını bildirmişdi. Alixanovun dediyinə görə, Elvin qızın səmimiyyətindən istifadə edərək, öz niyyətini həyata keçirib. "İndi bu işdən xəbərdar olan qızın ata-anası təcili Bakıya gəlirlər. Onlar bu gün günorta saatlarında təyyarə ilə Bakıya gələcəklər. Bu məsələyə aydınlıq gələcək".

Dunyatv.az


Oxunub: 1 129

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.