dunyatv.az
CANLI YAYIN

İnanmaq çətindir: əkiz, amma fərqli [video]

5-02-2014, 15:17

ABŞ-ın Texas ştatının paytaxtı Hyustonda yaşayan bu bacıları dünyanın ən qəribə əkizləri saymaq olar.
Çünki bacılar əkiz olsalar da, onlar zahirən çox fərqlidirlər. Bacılardan birinin boyu o birindən 30 sm artıqdır.

DunyaTv.Az Daily Mail-ə istinadən bildirir ki, 15 yaşlı Sienna Syerra Bernal bacılarının durumu indi araşdırılır. Bacıların valideynlərinin dediklərinə görə, belə fərqin səbəbi Siennanın hələ ana bətnində olarkən cırtdanlıq xəstəliyinin daşıyıcısı olmasıdır.
Sienna anasının bətnində bacısı ilə müqayisədə o qədər kiçik idi ki, anasının hamiləliyinin 6-cı ayında ultrasəs müayinəsi zamanı onu güclə görüblər.

Sienna yaşa dolduqca onun xəstəliklərinin sayı artır. Onurğa sütununda əyrilik olan qızın bir neçə cərrahiyyə əməliyyatına ehtiyacı var.
Boyu 162 sm, çəkisi cəmi 20 kq olan Sienna deyir: "Xəstə olduğumu bilirəm. Bədənimdəki ağrılar məni çox incidir. Bəzən qışqırmaq istəyirəm. Həkimlərin dediklərinə görə, onurğam əyri olmaqla bahəm, qulaqlarımdakı sümüklərdə də deformasiya var. Buna görə də xüsusi eşitmə aparatından istifadə edirəm", - Sienna deyib.

Çənəsi də əyri olan Siennanın ortodont cərrahiyyə əməliyyatına ehtiyacı var.
Və ən nəhayət, bu zavallı qızda Devid Uoker sindromu var. Sözügedən sindrom beyin fəaliyyətinə mənfi təsir edir, əsəb sistemində fəsadlar yaradır.
Syerra və Sienanın anaları, 36 yaşlı Krissinin dediyinə görə, qızının cəsarətinə, dözümünə, həyat eşqinə heyrandır.

Ərindən boşanandan sonra yenidən ailə quran və ikinci nikahdan Ostin adlı oğlu olan Krissi Bernal deyib: "Sienna və Syerra dünyaya gələndən sonra həkimlər dedilər ki, əkizlərdən birinin yaşama şansı çox azdır. Qızlarım 5 həftəlik olanda isə onlar qətiyyətlə söylədilər ki, Sienna inkişafdan qalıb və onun normal yaşamı olmayacaq. Övladlarımı hamiləliyimin 34-cü həftəsində qeysər kəsimi ilə doğdum. Onları görəndə heyrətləndim. Çünki Siena bacısından çox balaca idi. İllər keçdi, Sienna böyüdü. Onun həyatının tam normal olmasına çalışırıq".


Oxunub: 775

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.