dunyatv.az
CANLI YAYIN

“Eurovision-2014” mahnı müsabiqəsinin aparıcıları müəyyənləşib

5-02-2014, 23:30

Danimarkanın Kopenhagen şəhərində keçiriləcək "Eurovision-2014” mahnı müsabiqəsinin aparıcıları müəyyənləşib. SİA-nın "Eurovision” mahnı müsabiqəsinin rəsmi saytına istinadən xəbər verir ki, yarışmanı Nikolay Koppel, Pilou Asbek, Liz Rönni aparacaqlar.

Nəzərinizə açtdıraq ki, Nikolay Koppel və Liz Rönni Danimarka Yayım Korporasiyasında çalışırlar. Pilou Asbek üçün isə "Eurovision-2014” debüt olacaq. Televiziya aparıcılığı onun üçün yeni olsa da, aktyor kimi böyük təcrübəyə malikdir.

Qeyd edək ki, "Bizə qoşulun!” şüarı altında keçiriləcək "Eurovision-2014” mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları müvafiq olaraq mayın 6-sı və 8-də, final mərhələsi isə mayın 10-da olacaq. Azərbaycan təmsilçisi yarışmanın birinci yarımfinalında mübarizə aparacaq.


Oxunub: 1 014

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.