Məşhur türk futbolçu komandadan qovuldu
Məşhur türkiyəli futbolçu Tuncay Şanlı "Bursaspor"la yolları ayırıb.
Apasport.az-ın xəbərinə görə, bu barədə "ağ-yaşıllar"ın klub prezidenti
Ərkan Körüstan məlumat verib.
Klub saytına danışan Körüstan 32
yaşlı hücumçunun müqaviləsini qarşılıqlı olaraq ləğv etdiklərini deyib.
O, komanda üçün etdiklərinə görə Tuncaya təşəkkür edib və gələcək
həyatında uğurlar arzulayıb.
Qeyd edək ki, 2002-2010-cu illər
ərzində Türkiyə millisində də çıxış edən təcrübəli forvard "Fənərbağça"
(2002mdash;2007), "Stok Siti" (İngiltərə 2009mdash;2011), "Volfsburq"
(Almaniya 2011mdash;2012) kimi klubların formasını geyib. 2012-ci ildə
"Bursaspor"a keçən Tuncay 2012-2013 mövsümündə Superliqada 27, ölkə
kubokunda 4 matça çıxıb. O, cari mövsüm isə 12 çempionat, 2 kubok
oyununda meydana çıxıb.
Dunyatv.az
Oxunub: 849