Oğlan teleaparıcımıza kim evlilik təklif edir?
ATV telekanalının aparıcısı Rüfət Ağayevin evlənməsi haqqında xəbər yayılıb
Dunyatv.az-ın axşam.az-a istinadən məlumatına görə, aparıcı məsələyə aydınlıq gətirib. O, evlilik təklifi aldığını etiraf edib:
"Xanımlarımızdan
evlilik təklifləri alıram. Heç birinə də "yox" deyib, qəlblərini
sındırmıram. Ürəyiyumşağam, hamısı ilə mehriban davranıram. Amma hələ
evlənməyi düşünmürəm. Əsas işdir, o, qaydasında getsin, şəxsi həyat
yoluna düşəcək”.
Rüfət dəyəri yüz mindən çox olan layihəsindən də söz açıb:
"Bu
layihəmi reallaşdırmaq üçün yüz mindən çox pul lazımdır. Onun
Azərbaycanda analoqu yoxdur. Amma dünyada belə bir layihə var. Əgər
sponsor tapsam, sentyabrdan yayıma başlayacaq”.
Dunyatv.az