dunyatv.az
CANLI YAYIN

Avtobuslarda kart sisteminə keçidin vaxtı açıqlandı - DƏQİQ VAXT

7-11-2013, 15:42


Bu ilin sonunadək Bakıda ictimai nəqliyyatda gedişhaqqının kart sistemi ilə ödənilməsinin tətbiqinə başlanılacaq. 


Bu barədə cümə axşamı Trend-ə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov deyib.

Daha əvvəl isə yeni sistemə keçidə sentyabrda başlanılacağı bildirilirdi.

Onun sözlərinə görə, ictimai nəqliyyatda yeni ödəniş sisteminin tətbiqi vaxtının dəyişdirilməsi kartların hesablanması üzrə validatorların (kart aparatı) gətirilməsində və sistemin sinxronlaşdırılması prosesində yaranan yubanmalarla bağlıdır.

N.Həsənov vurğulayıb ki, cüzi yubanmalara baxmayaraq, bu layihə çərçivəsində işlər davam edir: "Kart ödəniş sisteminin tətbiqinin birinci mərhələsinin bu ilin sonunadək həyata keçirilməsi planlaşdırılır".

Şöbə müdiri bildirib ki, tətbiq edilən sistem işlərin dəqiq görülməsini tələb edir və buna görə də müəyyən qədər yubanma məqbuldur.



Oxunub: 1 484

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.