Şaxtalı hava bu gün də davam edəcək
AzərTAc fevralın 8-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumatı təqdim edir.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, səhər yarımadanın bəzi yerlərində zəif
dumanlı, axşam isə tutulacağı, gecəyə doğru az yağıntılı olacağı
ehtimalı var.
Temperaturun gecə 0-5° şaxta, gündüz 4-7° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 4-6° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq.
Temperaturun gecə 7-12°, dağlıq ərazilərdə 17° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Gecə və səhər yollar buz bağlayacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman
olacaq. Temperaturun gecə 6-11° şaxta, gündüz 0-5° isti olacağı
gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz olacaq. Temperaturun gecə 2-7° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava
gündüz, əsasən, yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə
yağıntı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman
olacaq.
Temperaturun gecə 3-8° şaxta, gündüz 1-6° isti, dağlarda
gecə 8-13°, yüksək dağlıq ərazilərdə 15-20°, gündüz 0-5° şaxta olacağı
gözlənilir.
Gecə və səhər yollar buz bağlayacaq.
Mərkəzi-Aran:
Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi,
Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və
Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və
səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 0-5° şaxta, gündüz
4-9° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında hava
gündüz, əsasən, yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə
yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər
dağlarda duman olacaq.
Temperaturun gecə 2° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Gecə və səhər yollar buz bağlayacaq.