dunyatv.az
CANLI YAYIN

Anar Nəcəflinin Xəzər TV-dən ayrılmasının təfərrüatı

8-02-2014, 12:31

Anar Nəcəflinin Xəzər TV-dən ayrılmasının təfərrüatı

Xəzər TV-nin Xəbərlər proqramının əsas buraxılışının aparıcısı Anar Nəcəflinin işdən ayrılmasının təfərrüatları məlum olub. 

 

 Axar.az-ın məlumatına görə, Anar Nəcəfli hələ bir ay əvvəl Xəzər TV-dən ayrılmaq qərarına gəlib. Təcrübəli aparıcının bu qərara gəlməsində əsas səbəb Xəbərlər departamentinin rəhbəri İbrahim Ünlübostanla aralarında olan münaqişədir. Anar Nəcəflinin departemntdə artan nüfuzu tabeçiliyindəki işçilərə diqtə etməklə ad çıxaran İbrahim Ünlübostanın xoşuna gəlməyib.

 Televiziya daxilindən əldə etdiyimiz məlumatda bildirilir ki, o qədər də böyük nüfuzu olmayan departament rəhbəri hər dəfə işində yol verdiyi nöqsanları bəhanə edərək, aparıcının işinə müdaxilə edirmiş. Nəticədə vəziyyətin çıxılmaz olduğunu görən Anar Nəcəfli yeddi il işlədiyi televiziyadan getmək qərarına gəlib.

 Əldə etdiyimiz məlumatda o da bildirlir ki, Anar Nəcəflidən əvvəl bir vaxtlar Xəzər TV-nin əsas simaları olan Lalə Eyvazova, Günel İsmayılqızı, Firuzə Qurbanlı, Emin Abbasov və İqrar Eyvazov müxtəlif zamanlarda İbrahim Ünlübostanla yaşanan münaqişə nəticəsində televiziyanı tərk ediblər.


Oxunub: 1 579

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.