dunyatv.az
CANLI YAYIN

Gəncədə 20 yaşlı qız bıçaqlanaraq öldürüldü

8-02-2014, 15:19

 

Gəncə şəhərində gənc qız tanışı tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Gəncə şəhər Nizami rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 1994-cü il təvəllüdlü Əzimi Aytac Kəramət qızı 5 bıçaq yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən qızın həyatını xilas etmək mümkün olmayıb. O, çoxlu qan itirdiyinə görə dünyasını dəyişib.

İlkin araşdırma zamanı məlum olub ki, A. Əzimi tanışı Rüfət adlı oğlanla şəhərdəki kafelərin birində çay içib, oradan çıxdıqdan sonra isə Rüfət əlindəki bıçaqla qızı bıçaqlayıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb. Hadisəni törədən şəxsin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.


Oxunub: 1 113

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.