dunyatv.az
CANLI YAYIN

Azərbaycanın iri şəhərlərində metro salınacaq

8-11-2013, 15:29

 

Hazırda Bakı Metropoliteninin inkişafı çərçivəsində əsas məqsəd və vəzifə Bakının yollarında gərginliyin azaldılmasıdır.

Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov[/b] Sumqayıt şəhərində metro tikintisi barədə sualı cavablandırarkən bildirib.

Onun sözlərinə görə, metro şəhər nəqliyyatıdır və perspektivdə Sumqayıt, Gəncə və Naxçıvan kimi iri şəhərlərdə də tikilərək inkişaf etdiriləcək. Şəhərlər arasında metro xətlərinin birləşdirilməsi məsələsi isə nəzərdə tutulmayıb.

T.Əhmədov deyib ki, əsas məqsəd paytaxtda trafikin azaldılmasıdır və ona görə də metro xətlərinin şəhər ətrafına çıxmadan, şəhərin hüdudları daxilində inkişafı üzrə işlər aparılır.


Oxunub: 1 105

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.