
Evin gəlini həmişə adam üstündə döyülürdü, itə görə döyülməsinə isə
dözmədi. Dünən Saatlı rayonunda özünü öldürmək məqsədilə kanala atılan
gənc qadın polisə atdığı addıma vadar edən səbəbi danışıb.
Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Qotubəyli kəndində yaşayan 32 yaşlı Baxtilə Abbasova
iki azyaşlı uşaq anasıdır. Bir müddət əvvəl əri tərəfindən mütəmadi
döyülürmüş. Sonradan əri onu döyməyə ara verib. Dünən həyətlərindəki it
açılaraq küçəyə çıxıb, hətta qonşunu dişləyib.
Qonşular itin
açıq olmasını Baxtilənin ərinə deyiblər. Əri də buna görə Bəxtiləni
döyüb və aparıb anasının evinə qoyub. Dünən Baxtilə evinə qayıtmaq adı
ilə anasıgildən çıxıb və özünü Mil-Muğan kollektorundan ayrılan Sabir
kanalına atıb.
Qonşular onu sudan çıxarsalar da, hamı onun
ölməməsinə möcüzə kimi baxır. Baxtilənin özünü kanala atdığı yer kanalın
kollektordan ayrılan hissəsidir. Suya atılan qadın kanala gələn 150
metr uzunluğu olan borunun içərisidən keçib və sağ qalıb. Hazırda
araşdırma aparılır.
Oxunub: 1 305
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.