dunyatv.az
CANLI YAYIN

Bakıda iki uşağı anasız qoyan "qatil" - Xəyanət

8-11-2013, 17:00

 

 
 
Azərbaycanda törədilən bu hadisələrin fiqurantı cinayət xronikasında "ər” kimi qeydə düşür. Lakin bu dəfə kriminal xronikada adı çəkilən şəxs qadındır.

Bakı şəhərində həyatı yarıda kəsilən gənc ananı ölümə aparan bir səbəb məlumdur – xəyanət. Yasamal rayonu ərazisində özünü öldürən Nərminə Seyfullayeva[/b]nın intiharı ilə bağlı istintaq hazırda bu versiyanın üzərində işləyir.

Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, qadının özünü öldürməsinə ailə-məişət problemi səbəb olub. İstintaq da N.Seyfullayevanın ərinə xəyanətə görə özünə qəsd etməsi ilə bağlı dəlillər tapsa da, bunu istintaq sirri olduğundan tam formada açıqlamaq istəmir.

Açıqlanan odur ki, Abşeron rayon Saray qəsəbəsində yaşayan Nərminə Seyfullayeva dünən saat 17 radələrində özünü öldürmək üçün sakit bir məkan seçib. Yeni Yasamal ərazisində hələlik məskunlaşma olmayan yeni inşa olunmuş binaya gəlib. Binanın 17-ci mərtəbəsinə qalxan 2 azyaşlı uşaq anası dəmir barmaqlıqlarda şalla özünü öldürmək üçün ilgək düzəldib və özünü asıb. Həmin binada təmir işləri aparan mənzil sahiblərindıən biri N.Seyfullayevanı asılmış vəziyyətdə görən kimi dərhal polisə məlumat verib.

----------
09:54[/b]
[/b]
Bakıda Yeni Yasamal yaşayış massivində 24-25 yaşlı qadın özünü asıb.

Yasamal Rayon Prokurorluğundan Trend-ə bildirilib ki, dünən axşam saatlarında Yeni Yasamal ərazisində Abşeron rayon Saray qəsəbə sakini Nərminə Seyfullayeva[/b] özünü 17-ci mərtəbədə dəmir barmaqlıqlardan şalla asıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.
[/b]

[b][/b]


Oxunub: 1 224

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.