dunyatv.az
CANLI YAYIN

Bakıda gecəyarısı gənc qızlara hücum etdilər

8-11-2013, 16:45

 

Bakı şəhərinin Yasamal rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib. 

Rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, saat 02:50 radələrində 1996-cı il təvəllüdlü Əliyeva Adelina Azad qızı şikayət ərizəsi ilə 28-ci Polis Bölməsinə müraciət edib. o bildirib ki, saat 23:45 radələrində rəfiqəsi, 1982-ci il təvəllüdlü Kəmalə Mustafayeva ilə Hüseyn Cavid prospektində gedərkən 2 nəfərin hücumuna məruz qalıblar. 

17 yaşlı qız qeyd edib ki, arxadan yaxınlaşan iki nəfər oğlan onlara hücum edib və hər ikisini yerə yıxıb. Daha sonra soyğunçular Adelina Əliyevanın planşetini, əl çantasını götürərək qaçıblar.

Hazırda əməliyyat-axtarış tədbirləri aparılır.

 


Oxunub: 1 148

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.