dunyatv.az
CANLI YAYIN

Azərbaycanda güclü zəlzələ baş verəcək? - AÇIQLAMA

9-11-2013, 11:37

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzi Qlobal Zəlzələ Proqnozu Proqramının gələn ilin birinci yarısında Azərbaycan ərazisində 5,8-6,5 bal gücündə zəlzələ baş verəcəyi ilə bağlı açıqladığı məlumatı əsassız hesab edib.

Dunyatv.Az Apa-ya istinadən xəbər verir ki, Bu barədə yazılanlar hamısı nağıldır. Zəlzələ ilə bağlı konkret məlumat veriləndə onun koordinatı, yeri və digər məsələlər verilir: "Ötən il Zaqatalada baş verən 5,6-5,7 bal gücündə zəlzələ Bakıda hiss olunmadı. Onda da verilmişdi ki, zəlzələ Zaqataladan 18 km cənub-şərqdə, müəyyən dərinlik və maqnitudada baş verib. Zəlzələ ilə bağlı verilən proqnozlar belə olmalıdır. Lakin heç bir koordinat, yer göstərilmədən ümumi Azərbaycanda zəlzələnin baş verəcəyi barədə söylənilən fikirlərin hamısı nağıldır. Sonradan harada bir zəlzələ olsa, deyəcəklər ki, bu barədə demişdik, olmayanda da yada düşməyəcək. Onlar özlərini reklam və tanıtdırmaq xatirinə belə yalan informasiyalar yayırlar. Özünə hörmət edən alim və ya seysmoloq heç bir vaxt belə məlumatlar vermir”.

Q.Yetirmişli qeyd edib ki, insan şüuru əmələ gələndən bu günə kimi bu cür təbii fəlakətlərə qarşı mübarizə aparmağa çalışır: "Bu gün elmin, texnologiyanın bu cür inkişafında hələ zəlzələ proqnozu məsələsi qapalı qalıb və gələcəkdə də qalacaq. Çünki bu, yerin dərinliyində gedən proses olduğundan çox mürəkkəb məsələdir. Ümumi Azərbaycandakı zəlzələ ocaqlarında mövcud vəziyyətə gəlincə, hazırda maqnitudası 5-6-dan yuxarı olacaq bir təhlükə yoxdur”.

Qeyd edək ki, Qlobal Zəlzələ Proqnozu Proqramının 2014-cü il üçün açıqladığı hesabatda gələn il dünyanın 12 bölgəsində güclü zəlzələlərin baş verə biləcəyi ehtimalı irəli sürülür. Bu ölkələr sırasında İrandan sonra ikinci yeri Azərbaycan tutur. Gələn ilin proqnozlarına görə, İranın şimalında güclü zəlzələ baş verməsi ehtimalı çox böyükdür. Bu ölkənin şimalında, Azərbaycan sərhədlərində 6,3 – 7 bal gücündə zəlzələ proqnozlaşdırılır. Zəlzələ təhlükəsi böyük olan ölkələr sırasında Azərbaycan və Türkmənistan ikinci yerdə gəlir. Seysmoloqlar bu iki ölkədə baş verən zəlzələlər arasında əlaqə olduğunu açıqlayıblar. Azərbaycanda 5,8-6,5 bal gücündə zəlzələnin gələn ilin ilk yarısında ənənəvi zəlzələ episentrlərində baş verəcəyi ehtimal edilir.


Oxunub: 2 136

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.