dunyatv.az
CANLI YAYIN

Telefonlara yeni qanun gəlir?

17-02-2014, 12:45

 Əgər bu qanun təklifi qüvvəyə minsə artıq oğurlanan telefonların içindəki məlumatları silməklə kifayətlənməyən istifadəçilər telefonlarını tamamilə istifadə edilə bilməz hala gətirə biləcək.

Dunyatv.az Movqe.Az-a istinadən xəbər verir ki, ağıllı telefonlara uzun müddətdir xidmət verən "Find my iPhone" və ya Googlenin Android Cihaz İdarəçisi tətbiqləri ilə istifadəçilər telefonlarını bir yerdə unutduqları və ya telefonları oğurlandığı təqdirdə telefon məzmununu silə və beləcə ən azından məlumatların oğurlanmasının qarşısını ala bilər.
Lakin ABŞ Senatına təqdim olunan "Smartphone Theft Prevention Act" adlı qanun təklifi ağıllı telefonların yalnız proqram olaraq deyil təchizat olaraq da yox edilməsinin lazımlılığı fikrini müdafiə edir.
Xüsusilə NSA-ın telefonları dinlədiyi bu günlərdə telefonlara əlavə olunacaq belə bir xüsusiyyət telefonların pis niyyətli kəslərin əlinə keçməsi halında tək düymələ bir bölgədəki telefonların istifadə edilə bilməz hala gəlməsini nəzərdə tutur.


Oxunub: 809

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.