dunyatv.az
CANLI YAYIN

Bakıda hamilə qadının dəhşəti: 10 gündür...

11-11-2013, 10:54

[/i]

 

 
 
[i]Bakıda kişi hamilə həyat yoldaşını evdən qovub

Dunyatv.Az xezerxeber.com-a istinadən bildirir ki, 31 yaşlı Arzu adlı qadın artıq 10 gündür, Yasamal rayonu ərazisindəki parkda gecələyir.

Qadının sözlərinə görə, həyat yoldaşı doğulacaq yeni körpənin ondan olmasına şübhə edərək xanımını evdən qovub. Çarəsiz vəziyyətdə qalan hamilə qadına zərbəni tək həyat yoldaşı yox, elə ailə üzvləri də vurublar. Valideynləri də gənc qadının hazırki vəziyyətini nəzərə almayıb və onu evə yaxın buraxmayıblar.

Ailəsi, yaxınları tərəfindən rədd edilən qadına bu çətin vəziyyətdə Suraxanı rayonu 3 saylı doğum evinin həkimləri arxa durublar. Xəstəxanaya yerləşdirilən qadına lazımi yardım göstərilib. Geyimlə, yeməklə təmin olunub. Müayinə və müalicə edilib. Xəstəxanadan bildirildi ki, o hələ bir müddət həkim nəzarəti altında qalmalı olacaq.


Oxunub: 1 494

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.