dunyatv.az
CANLI YAYIN

Gözəlliyin sirri yediklərimizdədir

18-02-2014, 12:52

 Balıqdan daha çox  istifadə edin
Balıq sevsək də bəzən elə də tez-tez bununla qidalanmırıq ya evdə bişirməkdən qaçırıq, ya nizamlı şəkildə balıq yeməmək üçün bəhanələr axtarırıq. Lakin omeqa-3 yağ turşularının nizamlı alınmasının bədən ağırlığını qorumada və zəifləmədə təsirli olduğu bilinir. Həftədə 2-3 dəfə qızartma balıq yemək arıqlamağınıza və formada qalmanıza kömək edəcək.
Bu il də özünüzlə maraqlanmaq, özünüzün qayğısına qalmaq üçün dietoloq Gizem Şeberin söylədiklərinə baxaq:


Səhər yeməyinizə ən azı 10 qram zülal daxil edin
Zülalın maddələr mübadiləsini sürətləndirdiyi bir həqiqətdir. Eyni zamanda əzələ" istehsalı", bədənin "təmir" edilməsi üçün də son dərəcə əhəmiyyətlidir. Səhər yeməyinizdə pendir, yumurta, qatıq, süd kimi keyfiyyətli zülal qaynaqlarından ən azı biri mütləq olmalıdır.


Ara yeməklərini vərdiş halına gətirməyin
Maraqla yeyiləcək bir yemək üçün hər zaman vaxtınız olmalıdır. Bu, özünüzə verdiyiniz dəyəri hiss etmənizi təmin edəcək. Eyni zamanda nizamlı qidalanma qandakı şəkərinizin daha balanslı olmasını təmin edərək ani olaraq acımağı və şirin qida ehtiyacının qarşısını alar.


4 yeni həyat tərzi qaydası
1. Sizi nələrin motivasiya etdiyini tapın

Sağlam qidalanmağı vərdiş halına gətirmək uzun nəfəsli bir "səfər" ola bilər. Bu səfərdə fasilə verməmək üçün özünüzü motivasiya etmənin yollarını tapın. Çöldəki təsirlərmi sizi daha çox motivasiya edir? O zaman yoldaşlarınızdan dəstək istəyin. Yoxsa siz özünüzü daha yaxşı motivasiya edirsiniz? Müvəffəqiyyətli hər həftə üçün özünüzə bir mükafat verin.


2. Uğura doğru addımlayın
Toplam nə qədər kilo vermənizin lazım olduğunu tez-tez düşünməyin. Bu, motivasiyanızı poza bilər. Bunun yerinə özünüzə həftəlik və aylıq hədəflər təyin edin.


3. Özünüz üçün edin
Sağlam qidalanmaq  əslində  özünüzə verdiyiniz dəyərin bir göstəricisidir. Tez-bazar yediyinizdə özünüzü ağır və kobud hiss edirsiniz, o zaman bunu özünüzə etməkdən imtina vaxtı gəldi.


4. 30 dəqiqəni bədəninizə çox görməyin
Hər gün TV qarşısında, ictimai mediada boşuna keçirdiyiniz zamanları artıq özünüzə ayırma vaxtı gəlibdir. Gündə 30 dəqiqə imkanınız varsa, gəzintiyə olmasa belə əsnəmə hərəkətlərinə ayırın. 


Oxunub: 1 098

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.