dunyatv.az
CANLI YAYIN

Coca Cola xərçəng yaradır?

18-02-2014, 14:54

 ABŞ-ın "Coca Cola" korporasiyasının istehsal etdiyi, dünyaca məşhur "Coca Cola" içkisinin tərkibindəki bir maddənin insan orqanizmində xərçəng xəstəliyi yarada biləcəyi ilə bağlı iddia ölkədə böyük reaksiya doğurub.

Milli.Az TechTimes-ə istinadən bildirir ki, qazlı içkilərə qırmızı rəng verən 4-metilimidazol (4-mel) adlı maddə insan orqanizmində xərçəng xəstəliyi yaradır.
Birləşmiş Ştatlarda qəbul edilmiş qərara görə, ölkə ərazisində istehsal olunan və satılan "Coca Cola"da 4-mel maddəsindən istifadə qəti qadağan olunub.
Dünyanın yerdə qalan bütün ölkələrində isə "Coca Cola" əvvəlki qaydada istehsal edilərək satılacaq.
Nüfuzlu TechTimes jurnalında dərc olunmuş məqalədə deyilirdi: "Qazlı içkilərdə süni rəngləndirmə effekti əldə etməyə imkan verən 4-metilimidazol (4-mel) maddəsi orqanizmdə xərçəng yaradan qalıqlar formalaşdırır".
Bu məqalə aləmi bir-birinə qatıb.
Olayı Ümumdünya Səhiyyə Təşkilatı ilə ABŞ-ın Ətraf Mühit və Səhiyyə Elmləri Milli Akademiyası araşdırmağa başlayıb.
Araşdırmanın nəticələri isə şok effekti yaradıb: "karamel" adlı 4-mel gerçəkdən də, orqanizmdə xərçəng xəstəliyi yaradırmış.
Kaliforniya ştatında qəbul edilmiş qanuna görə, tərkibində 4-mel maddəsinin miqdarı 29 mikroqramdan artıq olan bütün qidalar və içkilərin qutularının üzərinə "Xərçəng riski var" yazılmalıdır. "Coca Cola" korporasiyası satışa çıxardığı içkilərin üzərinə belə yazı vurulmayacığını bəyan edərək ABŞ-da istehsal olunan və satılan məhsullarının tərkibində 4-mel olmayacağını vurğulayıb.
"İçkilərimizin formulunu illərdir ki, zamana görə dəyişirik. Amma əsla təhlükəli bir məhsul satmadıq və satmayacağıq", - "Coca Cola"nın açıqlamasında bildirilir.


Oxunub: 962

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.