dunyatv.az
CANLI YAYIN

Azərbaycanda minik maşını "KamAZ"la toqquşub, ölənlər var

21-02-2014, 12:05

 Kürdəmir rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə fevralın 21-də saat 4:30 radələrində Bakı-Qazax avtomobil yolunun 170-ci kilometrliyində, Kürdəmirin Sığırlı kəndi ərazisində qeydə alınıb.
10 CS 178 dövlət nömrə nişanlı, "VAZ 2106” markalı minik maşını qarşı tərəfdən gələn 24 BD 936 dövlət nömrə nişanlı, "KamAZ” markalı yük maşını ilə toqquşub.
Hadisə nəticəsində "VAZ 2106”nın sürücüsü və sərnişini dünyasını dəyişib.
Ölən şəxslərin üzərində hər hansı bir sənəd olmadığı üçün onların kimliyi hələlik məlum deyil.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. 


Oxunub: 1 144

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.