dunyatv.az
CANLI YAYIN

UEFA Avropa Liqasında 1/16 final mərhələsinin oyunları başa çatıb [nəticələr]

21-02-2014, 12:21

UEFA Avropa Liqasında 1/16 final mərhələsinin oyunları başa çatıb [nəticələr]
Trabzonlular güclü rəqib qarşısında mübariz oyun göstərsələr də, məğlub olublar.

Fevralın 20-də UEFA Avropa Liqasında 1/16 final mərhələsinə start verilib.

Dunyatv.Az Apasport.az-a istinadən xəbər verir ki, qitənin ikinci dərəcəli turnirində bütün görüşlər bir gündə baş tutub.

Azərbaycan millisinin üzvü Ruslan Abışovun da şərəfini qoruduğu Rusiyanın "Rubin” klubu İspaniyada meydana çıxıb. Kazanlılar La Liqanın autsayderi "Betis”lə münasibətlərinə aydınlıq gətiriblər. Qrup mərhələsini zirvədə başa vuran Rusiya təmsilçisi 10 nəfərlə tamamladığı matçda meydanı 1:1 bərabərliklə tərk edib.

Futbolsevərlərin maraqla gözlədiyi digər görüş isə İtaliyada keçirilib. Türkiyənin bu turnirdəki yeganə təmsilçisi "Trabzonspor” səfərdə A Seriyasının lideri "Yuventus”la üz-üzə gəlib. Trabzonlular güclü rəqib qarşısında mübariz oyun göstərsələr də, məğlub olublar – 2:0.

UEFA Avropa Liqası, 1/16 finalın ilk oyunları

"Anji” (Rusiya) – "Genk” (Belçika) - 0:0

Qırmızı vərəqə: İlya Maksimov, 89 ("Anji”)

PAOK (Yunanıstan) – "Benfika” (Portuqaliya) - 0:1

QOL: Lima, 59

"Dinamo” (Kiyev, Ukrayna) – "Valensiya” (İspaniya) - 0:2

QOL: Varqas, 79

"Liberets” (Çexiya) – "Alkmaar” (Hollandiya) - 0:1

QOL: Vierqever, 89

"Dnepr” (Ukrayna) – "Tottnhem” (İngiltərə) - 1:0

QOL: Konoplyanka, 81 (pen.)

"Yuventus” (İtaliya) – "Trabzonspor” (Türkiyə) - 2:0

QOL: Osvaldo, 16, Poqba, 90+4

"Çernomorets” (Ukrayna) – "Lion” (Fransa) - 0:0

"Esbyerq” (Danimarka) – "Fiorentina” (İtaliya) - 1:3

QOL: Pusiç, 10 - Matri, 8, İliçiç, 15, Aquilani, 37 (pen.)

"Ayaks” (Hollandiya) – "Zalsburq” (Avstriya) - 0:3

QOL: Soriano, 14 (pen.), 35, Mane, 21

"Latsio” (İtaliya) – "Ludoqorotes” (Bolqarıstan) - 0:1

QOL: Bezyak, 45

Qırmızı vərəqə: Kavanda, 73 - Svetoslav Dyakov, 55

"Makkabi” (Təl-Əviv, İsrail) – "Bazel” (İsveçrə) - 0:0

"Porto” (Portuqaliya) – "Ayntraxt” (Frankfurt, Almaniya) - 2:2

QOL: Kuarejma, 44, Varela, 68 - Xoselu, 72, Sandro, 77 (avtoqol)

"Maribor” (Sloveniya) – "Sevilya” (İspaniya) - 2:2

QOL: Morales Ta, 33 Vrsiç, 81- Qameyro, 47, Fazio, 72

"Viktoriya” (Çexiya) – "Şaxtyor” (Ukrayna) - 1:1

QOL: Tekl, 62 - Adriano, 65

"Betis” (İspaniya) – "Rubin” (Rusiya) - 1:1

QOL: Vila, 3 - Yeremenko, 74 (pen.)

Qırmızı vərəqə: Aleksandr Prudnikov, 28 ("Rubin”)

"Suonsi” (İngiltərə) – "Napoli” (İtaliya) - 0:0


Oxunub: 1 014

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.