Berenlə Kənan nişanlandı
Türkiyəli müğənni Kənan Doğulu və aktrisa Beren Saat 2 illik münasibətlərini rəsmiləşdirmək yolunda ilk addımı atıb.
DunyaTv.az Axşam.az-a istinadən xəbər verir ki, cütlük ötən gün İstanbulun
Çubuklu səmtindəki "Balıkçı Abdullah" restoranında nişanlanıb. Gecədə
yalnız tərəflərin ailələri və yaxın dostlarından ibarət olan 50 nəfərlik
heyət iştirak edib.
Tanınmış rejissor Yılmaz Erdoğan və xanımı, aktrisa Belçim Bilgin də qonaqlar arasında olub.
Nişan mərasiminə media nümayəndələri buraxılmayıb.