dunyatv.az
CANLI YAYIN

Borc onu həyatdan bezdirdi

13-11-2013, 11:58


 

 
 Lənkəranda gənc oğlanı həyatına qəsd etməyə vadar edən səbəb məlum olub. Rayon Polis Şöbəsindən Milli.Az-a bildirildi ki, Kərgəlan kəndində 25 yaşlı Elvin Quliyev yaşadığı evin həyətində intihar edib.

Rayon ərazisində fəhləliklə pul qazanan gənc dünən saat 16 radələrində həyətlərindəki ayaqyolunun qarşısında özünü asıb. E.Quliyevin borc ucbatından özünü öldürdüyü bildirilir. Kənd sakinləri deyirlər ki, onun xeyli borcu olub. Hətta borcu qaytara bilmədiyindən həyatdan bezdiyini deyirmiş. Hazırda istintaq gedir, intiharın səbəbi isə araşdırmaların sonunda məlum olacaq.

---------
10:19

Lənkəranda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Kərgəlan kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü Elvin Heydər oğlu Quliyev yaşadığı evin həyətində özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
[/b]

[b][/b]


Oxunub: 3 349

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.