dunyatv.az
CANLI YAYIN

Azərbaycanlı müğənni hansı pula soyunacağını açıqladı

13-11-2013, 12:01

Azərbaycanlı müğənni hansı pula soyunacağını açıqladı

 

"Orada paltoyla gəzməyəcəkdim ki...”

Müğənni Günel Ələkbərova uzun müddət çəkilişlərdən imtina edib.

Dunyatv.Az Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb sənətçinin bir vaxtlar dodaqlarının xoşagəlməz hala düşməsi olub.

"Space” telekanalında yayımlanan "Şou +” verilişinə qonaq olan Günel buna görə plastik əməliyyata üz tutduğunu bildirib:

"Dodaqlarım xoşagəlməz hala düşmüşdü. Əvvəllər deyirdim ki, öz dodaqlarımdır. Amma sonra etiraf etdim ki, silikon olub. Onlardan xilas olmağa çalışırdım. Bun görə bütün çəkilişlərdən də imtina edirdim. Nəhayət, ürəyimcə həkim tapıb əməliyyata getdim. İndi nəticədən razıyam”.

Günel haqqında çıxan "50 milyon versələr, soyunaram” söhbətinə də aydınlıq gətirib:

"50 milyonu kimə versələr, soyunar. Kim bu qədər pul qarşılığında soyunmaz ki? Buna görə məni qınayan müğənnilərin özlərinə 50 min versən belə, soyunarlar. Şükür ki, bu günə kimi lüt, açıq-saçıq fotolarım olmayıb. Bir dəfə çimərlik geyimində şəkillərim olub. Bu da çimərliyə gedəndə baş verib. Orada paltoyla gəzməyəcəkdim ki... Dəniz kənarında kimsə telefonla çəkib yayıb. Buna isə normal baxıram”.


Oxunub: 4 662

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.