Əməkdar artist Xocalı soyqırımı günü Türkiyədə nə edib?
Türkiyədə Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı tədbir keçirilib.
DunyaTv.az Axşam.az-a istinadən bildirir ki,tədbirdə əməkdar artist, skripkaçı Səlim Abbasov,
həmçinin əməkdar artist Natiq Şirinovun başçılıq etdiyi "Natiq ritm”
qrupu da iştirak edib.
"Hazırda Türkiyədəyəm. Buraya gəlişimin
səbəbi ermənilərin illər ərzində Azərbaycan xalqına etdiyi zülmləri öz
musiqimlə hər kəsə bəyan etməyimdir. Bu tədbirdən mənə dəvət gələn zaman
sevə-sevə qəbul etdim. Çünki mən hər zaman dövlət tədbirlərində iştirak
edirəm və bununla qürur duyuram. Tədbirdə mənlə yanaşı, "Natiq ritm”
qrupu da iştirak etdi. Məhz həmin gün üçün xüsusi hazırladığım
"Şəhidlər” kompozisiyasını da qonaqlara təqdim etdim” – deyə, S. Abbasov
fikirlərini bölüşüb.