dunyatv.az
CANLI YAYIN

Sumqayıtlı sürücülər diqqətli olun, cərimələnə bilərsiniz

1-03-2014, 11:26


Son zamanlar Sumqayıt şəhər mərkəzi küçələrində və bazar ətrafı yollarda tıxacların qarşısına almaq üçün avtomobili düzgün park etməyən sürücülərə cərimə çekləri yazılmağa başlanılmışdır.
DunyaTv.az Sumqayıtxəbər.com-a istinadən məlumat verir ki,şəhərin bir çox küçələrində avtomobili çəpəki park edən sürücülər cərimələnir. Məlumat verən şəxs bildirir ki, bu günlərdə 17-ci mikrarayon ərazisində yerləşən "Ən Ucuz” marketin qarşısında onun avtomobilinin şəkilini çəkiblər və ona cərimə yazılıb. "Əvvəllər burada hər kəs maşını belə saxlayırdı. İndi isə artıq cərimələr yazılır. Maşınları Sumqayıtın küçələrində çəpəki saxlamasınlar, düzgün yerlərdə və düzgün park etsinlər ki, cərimələnməsinlər.”
DunyaTv.az


Oxunub: 800

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.