dunyatv.az
CANLI YAYIN

Jaguar yeni model göstərəcək [foto]

3-03-2014, 10:37

"Jaguar” şirkətinin beynəlxalq Cenevrə avtosalonundakı daha bir yeniliyi zavod versiyasından idman paketinin olması ilə fərqlənən "XF R-Sport” modifikasiyası oldu.
 
DunyaTv.Az Milli.az-a istinadən bildirir ki, avtomobil adi modeldən daha aqressiv görünür, lakin bununla belə öz qənaətli dizel mühərrikini və əlverişliliyini saxlayır. Belə versiya sadan və universal banında təqdim olunacaq, qiyməti isə R-Sport paketi olmayan standart modellərdən daha çox olacaq.
 
Lyuks Britaniya avtomobilinə gözəl görünməyə üç böyük hava çıxışı və splitteri olan qabaq bamper, yan ətəklər, arxa spoyler və 17 düymlük yüngül lehimli disklər kömək edəcək. Üç böyük havaçıxıntısı və splitteri olan qabaq bamper, yan ətəklər, arxa spoyler və yellənmə müqaviməti aşağı şinlərə "bükülmüş” 17-düymlük yüngüllehimli disklər Britaniyanın lüks avtomobilinə daha da idmansayağı görünməyə imkan verib.
 
Həmçinin "Jaguar XF R-Sport” üçün xüsusi qara ban hazırlayıblar. "İdmançı” avtomobilin salonunda oturacaqlara təzad yaradan xətt əlavə etməklə yeniləşdiriblər, paslanmayan poladdan pedallar quraşdırıblar, xüsusi lövhəciklər yerləşdiriblər və bəzək üçün əlavələrdən – qara lak, tünd ağac və karbon – istifadə ediblər.
 
Bu variant 8-pilləli "avtomatla” işləyən 2,2-litrlik 163-güclü (400 Nm) turbodizel ilə təchiz edilib. 100 km məsafəyə 4,9 litr yanacaq sərf etməklə (CO2 tullantı 129 q/km) avtomobil 100 km/saat sürəti 10,5 saniyəyə yığır.

Jaguar yeni model göstərəcək [foto]

Jaguar yeni model göstərəcək [foto]

Jaguar yeni model göstərəcək [foto]

Jaguar yeni model göstərəcək [foto]

Jaguar yeni model göstərəcək [foto]

 

 


Oxunub: 1 082

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.