Bu hissləri sizə heç vaxt pullar yaşatmayacaq
1.Sevgi
Öz sevginizi etiraf edin. Ona məktub yazın, zəng edin. Sevdiyiniz şəxsə onun sevdiyi yeməyi bişirin.
Ona hədiyyə edin.
2.Müdriklik
Əgər
siz hər hansısa bir sualın cavabını bildiyinizi düşünürsünüzsə, deməli,
siz müdrik deyilsiniz. Daim öyrənməyə, özünüzü inkişaf etməyə davam
edin.
3.Nigah
Digər bir
insanı öz həyatınıza qəbul etməyiniz sizin həyatınızı tamamilə dəyişir.
Özünüzü digər insana həsr etməyiniz sizi daha yaxşı bir insan olmağa
stimullaşdırır.
4.Dostluq
Davamlı dostluq münasibətləri və dostluq ruhu sizin həyatınızı gözəlləşdirən üsullardır.
5.Fiziki sağlamlıq
Sağlamlığı satın almaq olmaz. Lakin onun keşiyinə qalmaq bizim əlimizdədir.
6.Psixoloji sağlamlıq
Fiziki
sağlamlığın digər tərəfi də psixoloji sağlamlıqdır. Psixoloji sağlamlıq
öz hisslərimizi sağlam şəkildə ifadə etmək deməkdir. Sizi narahat edən
problemlərə müraciət edin, onlardan qaçmayın.
7.Ehtiras
Hansı hərəkətlər sizi həyacanlı hiss etməyə məcbur edir? Ehtiras bizim yeməyə dadlı olsun deyə qatdığımız ədvalardır.
8.Kommunikasiyalar
İnsanlara
öz hislərimizi bildirmək bacarığı həqiqətən də çox dəyərlidir. Bu
bacarıq bizə digər insanlara öz daxili dünyamızın elementlərini
paylaşmaq deməkdir. Belə bir xoşbəxtliyə pullar vasitəsi ilə nail olmaq
olmaz.
9.Öz gücümüzə güvənmək
Pullar
gedir və gəlir. Pullar olmadan sağ qalmaq və çiçəklənmək bacarığı sizin
üçün pulların o qədər də önəmli olmadığını göstərir.
10.Təhlükəsizlik
Əgər
biz öz səylərimizi təhlükəsizliyimizi təmin etməyə yönəldiriksə, biz
elə bir hadisənin yaranmasına səbəb oluruq ki, burada bizim material
dəyərlərimiz pul qazanmaq ilə əlaqəli olmur. İndi öz təhlükəsizliyinizin
əsasını qoysaq, gələcəkdə bunun mükafatını alacağıq.
11.Başqalarına kömək etmək
Bir
çox insanlar üçün digərlərinə yardım göstərmək sevinc və məmnunluq
hissi bəxş edir. Heç bir pul bizə bu hissləri yaşada bilməz.
12.İnkişaf
Hər
bir fərdi şəxsin insan kimi yaxşılaşmaq imkanı var. Məsələn, hərəkət,
inam və s. İndi öz üzərinizdə işləyərək, siz sabahınızı
yaxşılaşdırırsınız.
13.Minnətdarlıq
Əgər
siz sahib olmadığınız əşyalara və dəyərlərə görə üzülmək əvəzinə, sahib
olduqlarınıza görə minnətdarlıq etsəniz, qısa bir zamanda həyatdan
məmnun şəkildə yaşamağa müvəffəq olacaqsınız.
14.Hobbi
Bir
çox insanın məişət həyatına o qədər başları qarışır ki, onlar əsl
xoşbəxtliyin pullardan və əldə etdiyimiz əşyalardan asılı olmadığını
görmürlər. Bundan uzaqlaşın. Yeni tərzdə düşünün və həqiqətən də zövq
aldığınız fəaliyyətlərlə məşğul olun. Məsələn, oyunlar, gəzintilər,
ünsiyyət.
15.Mənəviyyət
Bizim
həyatımızda mənəviyyətdan daha dəyərli nə var? Kitab oxuyaraq,
sərgilərə gedərək, düşünərək, dua edərək siz mənəvi tarazlığa, sakitliyə
və hətta sevincə qovuşa bilərsiniz.
Bu hissləri sizə heç vaxt pullar yaşatmayacaqlar.
DunyaTv.az