dunyatv.az
CANLI YAYIN

Sinoptiklərdən xəbərdarlıq

6-03-2014, 10:18

DunyaTv.az Milli.az-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Temperatur gecə 5-7°, gündüz 10-15° isti, Bakıda gecə 5-7°, gündüz 13-15° isti olacaq.
Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcək.
Martın 6-dan 7-nə keçən gecədən başlayaraq 8-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir.
Şimal-qərb küləyi arabir saniyədə 18-23 metrədək güclənəcək. Martın 8-də havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağıntı olacağı gözlənilir.
Temperatur gecə 3-8°, gündüz 15-20° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Lakin axşam bəzi yerlərdə yağıntı olacağı gözlənilir.
Temperatur gecə 3-8°, gündüz 9-14° isti, bəzi yerlərdə 17°-dək isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır. Lakin axşam bəzi yerlərdə yağıntı olacağı gözlənilir.
Temperatur gecə 3-8°, gündüz 13-18° isti, bəzi yerlərdə 22°-dək isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Lakin axşam bəzi yerlərdə yağıntı olacağı gözlənilir.
Temperatur gecə 3-8°, gündüz 13-18° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 6-11° isti olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Arabir duman olacaq. Lakin gecəyə doğru bəzi yerlərdə yağıntı olacağı gözlənilir.
Temperatur gecə 3-8°, gündüz 14-19° isti, bəzi yerlərdə 22°-dək isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır. Lakin gecəyə doğru bəzi yerlərdə yağıntı olacağı gözlənilir.
Temperatur gecə 6-8°, gündüz 13-18° isti, dağlarda gecə 4-9°, gündüz 10-15° isti olacaq.

 
DunyaTv.az


Oxunub: 874

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.