Aygün Kazımova küsülü olduğu müğənni ilə barışdı
Xalq artisti Aygün Kazımova küsülü olduğu əməkdar artist Abbas Bağırovla barışıb.
DunyaTv.az Axşam.az-a istinadən verdiyi xəbərə görə cütlüyün barışığı 8 Mart
günü 106.3 FM-də yayımlanan "Muleyli” şousunda baş tutub. A.Bağırov
Aygün Kazımovanın qonaq olduğu canlı efirə telefonla bağlanaraq onun
ünvanına xoş sözlər bildirib:
"Aygün xanımın gördüyü işləri
sözlə demək olmur. Onu hamı görür, işlərinə bələddir. Onu
tərifləməyəcəyəm. Mənim sizə qarşı bir simpatiyam olub. Estradada
sayılıb-seçilən, zövqlü xanımlardansan”.
A.Kazımova isə ona cavab olaraq bunları deyib:
"Aramızda
elə böyük buzlar yox idi. Sadəcə, insanın sevdiyi biri ilə arasında kiçik anlaşmazlıqlar mənfi təsir edir. Qəlbimizdə kin yoxdur, arada
gəzən söz-söhbətlərdir. Hər zaman sevən, bərabər olan insanlar arasında
belə şeylər olur. Gözəl gündə bu da çözüldü”.