dunyatv.az
CANLI YAYIN

"Google" sirrli tikilisini hara köçürür?

10-03-2014, 18:55

"Google" sirrli tikilisini hara köçürür?

Ötən ilin oktyabrından Google şirkəti San Fransisko körfəzində konteynerlərdən ibarət qurğu inşa etməyə başlayanda müxtəlif şaiyələr gəzirdi ki, dünyanın ən böyük texnologiya şirkətlərindən birinin belə bir tikiləyə olan ehtiyacının arxasında duran nədir? Adamın ağlına gələn ilk fikir - dünyanın ən güclü kompüteri...
DunyaTv.az Publika.az-a istinadən xəbər verir ki, "Google" özü qeydiyyat sənədlərində tikilinin incəsənət qurğusu olduğunu yazır. Lakin San Fransiskonun tikintiyə nəzarət qurumları onun inşasını aparan şirkətin tikinti lisenziyası olmadığını bəyan edir.
Nəhayət, "Google" şirkəti vəziyyətdən çıxmaq üçün konteyner tikilisini Kaliforniyanın San Joaquin çayı ilə Stokton şəhərinə aparmaq qərarına gəlir. İki yedək qayığı müəmmalı tikilinin olduğu barjanı 100 kilometrdən artıq bir məsafəyə dartıb aparacaq.
Reuters xəbər veriri ki, "Google", Stokton bələdiyyəsi ilə 1 aylıq razılaşma əldə edib.
Konteynerlər toplusunun sonu necə olacaq, hələ ki, məlum deyil.

 

DunyaTv.az



Oxunub: 944

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.