Qozlu-bibərli salat
Qarşıdan gələn bayram süfrəsi üçün fərqli bir dad axtarırsınız? O zaman qozlu-bibərli salat tam sizə görədir. Ailem.az qozlu-bibərli salatın hazırlanma qaydasını təqdim edir.
Tərkibindəkilər
- 5 ədəd badımcan
- 10 ədəd qırmızı bibər
- 1 kq pomidor
- 1 stəkan zeytun yağı
- 10 ədəd qoz
Hazırlanması
Bibər və badımcanları sobada bir az közə verib, qızardın. Qabıqlarını soyub xırda-xırda doğradıqdan sonra qazana tökün. Rəndələdiyiniz pomidoru və zeytun yağını əlavə edib qovurun. Süfrəyə təqdim edərkən üzərinə istədiyiniz ədviyyatları və qozu əlavə edin. Nuş olsun!
Oxunub: 998