Bakı-Sumqayıt yolunda sərnişin avtobusu qəza törətdi

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda iki ərazidə yol qəzası olub
DunyaTv.az Milli.az-a istinadən xəbər verir ki, qəzalardan biri Saray qəsəbəsi ərazisində baş verib.
Saray
qəsəbəsindən şəhər istiqamətinə hərəkət edən "Mercedes” markalı iki
minik maşını toqquşub. Qəza zamanı 50 BZ 779 dövlət nömrə nişanlı
avtomobillə 10 TY 090 dövlət nömrə nişanlı maşın toqquşub. Qəza zamanı
sürücülər yüngül xəsarət alıblar. Avtomobillərə ciddi ziyan dəyib.
Digər
hadisə isə Masazır ərazisində, Masazır gölü ərazisində baş verib. Həmin
ərazidə iki minik maşını ilə sərnişin avtobusu toqquşub. Qəza zamanı
sərnişin avtobusundakı sərnişinlər yüngül yaralanıblar. Həmin avtobus
Sumqayıtdan Bakı istiqamətində hərəkətdə olub.
Qeyd edək ki, hər iki qəzaya yüksək sürət səbəb olub.
Oxunub: 1 275

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR