Mətbəx sirləri: Ordubad bükməsi
Tərkibi:
400 q un
150 q xama
100 q kərə yağı
200 q qoz
1 st. şəkər tozu
1 x.q. bal
1 yumurtanın sarısı
0,5 ç.q. darçın
duz
Kərə
yağını 15 dəqiqə çalın. Xama əlavə edib qarışdırın. Ələnmiş un qatıb
xəmir yoğurun. Sonra masanın üstünə un səpin, xəmiri üstünə qoyub 5-7
dəqiqə ətləyin.
Təmizlənmiş qozu tavada azca qovurun, sonra ət maşınından keçirib şəkər tozu, bal və darçınla qarışdırın.
Xəmiri
hərəsi 300 q olmaqla kündələrə bölün. Hərəsini 5 mm qalınlıqda yayın.
Ortasına bərabər qaydada iç qoyub, rulet kimi bükün, qıraqlarını içinə
qatlayın.
Üzərinə yumurta sarısı çəkin.
190-200 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.
Nuş olsun!
[i][/i]
DunyaTv.az